Cia.az xəbər verir ki, azərbaycanlı Bəhruz Əli oğlu Hümbətov Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk Şəhər Dumasının 25 saylı dairəsinin deputatı seçilib. O, rayon seçicilərinin 56 faizinin səsini toplayıb. Bəhruz Hümbətov 1978-ci il niyabrın 26-da Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndində dünyaya gəlib. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik Fakültəsində təhsil alıb. Dünən Rusiya ərazisində ümumi səsvemə keçirilib. Ölkənin 21 subyektində qanunvericilik və bələdiyyə orqanlarının deputatlarının və rəhbər şəxslərinin seçkiləri keçirilib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.