Cia.az Axar.az-a istinadla xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.
Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.
"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.