Goranboyda qadın qətlə yetirildi: həyat yoldaşı saxlanıldı
Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.
Hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.
Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. \Report.Az
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.