Suyun qiyməti artırılır? - “Tarif Şurasına təqdim olunacaq” - RƏSMİ
Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib.
Cia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O bildirib ki, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir:
“İsrafın qarşısını almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq”.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.
Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var:
Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur. Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Bəzən bürclərin xarakter üzərində təsiri barədə mübahisələr bitmir. Kimisi bürclərə kor-koranə güvənir, kimisi isə bunu sadəcə əyləncə hesab edir. Amma astroloqların son paylaşımı xüsusilə diqqət çəkib və məlum olub ki, bəzi bürclər başqalarına nisbətən daha çox yalan danışmağa meyllidir.