banner
banner

Gündəm

Ekspertiza "Şərurlu İsfəndiyar"ın Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəlib - MƏHKƏMƏ

Ekspertiza "Şərurlu İsfəndiyar"ın Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəlib - MƏHKƏMƏ

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") xüsusi ittiham qaydasında şikayət üzrə açılmış cinayət işi əsasında məhkəmə prosesi keçirilib.

Cia.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə linqivistik ekspertizanın rəyi elan olunub.

Məhkəmə linqivistik ekspertizası müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib.

İsfəndiyar Axundovun vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu deyib. Onlar AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatət veriblər.

Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Ona görə də o, vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə də vəsatəti təmin etməyib.

Daha sonra Emil Səməndərovun vəkili Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılıb dindirilməsi üçün vəsatət verib.

Məhkəmə vəsatətin baxılmasının təxirə salınması ilə bağlı qərar qəbul edib.

Proses AMEA-nın Dilçilik İnstitutundan ekspertin dəvət olunması üçün oktyabrın 16-na kimi təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda broyler toyuqlarının istehlakı məhdudlaşdırılacaq?

Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broyler toyuqlarının istehlakına məhdudiyyətlər tətbiq edib. Maraqlıdır, bu proses gələcəkdə qlobal miqyasda tendensiyaya çevrilə bilərmi? Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər bir ölkənin qərarı daxili siyasətindən asılıdır:

Yeni general Anar İsmayılov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.