Azərbaycanda 4 yaşlı qıza iynə vurub öldürən sabiq baş həkimə HÖKM OXUNDU
İmişlidə 4 yaşlı qıza iynə vuraraq onun ölümünə səbəb olan həkim barəsində məhkəmə hökmü elan edilib.
Cia.az Lent.az-a istinadla xəbər verir ki, İmişli Rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) barəsində hökm oxunub.
Məhkəmənin qərarına əsasən, Ümidəli Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaq qadağan olunub.
Qeyd edək ki, hadisə bu ilin martın 2-də, İmişli rayonunun Yalavac kəndində baş verib. Hərarəti yüksələn 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir allergik sınaq aparılmadan "Seftriakson" antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra uşaq anafilaktik şoka düşərək bir neçə dəqiqə ərzində həyatını itirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, Ümidəli Həsənov 2012-2022-ci illərdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.
Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər saxlanılıb. Cia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar.
Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.