Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib.
Cia.az xəbər verir ki, yolun Zərdabda yerləşən 51 saylı qəsəbədən keçən hissəsində Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi “BMW 320i” ilə Mustafa Məmmədovun sürdüyü “Renault Meqan” markalı avtomobil toqquşub.
Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.