banner
banner

Gündəm

“Azneft”in baş direktoru vəzifəsindən azad edildi

“Azneft”in baş direktoru vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

Cia.az Modern.az-a istinadla xəbər verir ki, “Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Əli Qurbanov daha əvvəl “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə “Azneft”ə baş direktor təyin edilmişdi.

Yeni qərarla o, “SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?