"Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq" - Mədət Quliyev
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.
Cia.az xəbər verir ki, bu barədə Manset.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:
"Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq".
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.