banner
banner

Gündəm

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİ

Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir.

Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.

UHK-nın əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaratmışdır ki, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Ənənəvi olaraq, Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Qeyd olunanları nəzərə alaraq, bütün dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na fəal şəkildə qoşulmağa, uşaqların konstitusion hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməyə dəvət edirəm.

İnanıram ki, aylıq çərçivəsində hər bir təşəbbüs uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin təmininə töhfə verəcəkdir.

 

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.

Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib.

Ramiz Mehdiyevin kitablarını onlar yazırdılar - Professor

“Ramiz Mehdiyevin nağıl kitablarını yazan, təbliğat və təşviqatçıları - əslində, elmi və intellektual mühitin üzərinə kölgə salan bir zümrə idi. Onlar akademik tənqid və fikir plüralizmi yerinə, şəxsi mifikləşdirilmiş obraz yaratmaqla məşğul idilər. Bu çevrənin əsas məqsədi “Ramiz məktəbi” adlı süni bir ideoloji konstruksiyanı formalaşdırmaq, onu “elmi ənənə” kimi təqdim etmək idi”.

“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”

"Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib. Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan "Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla, uzun müddət "Kaspi” liseyini idarə edib.

Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

SON DƏQİQƏ! AZAL-ın təyyarəsində problem yarandı - Sankt-Peterburqa geri qayıtdı

“Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib”.