“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”
"Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib. Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan "Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla, uzun müddət "Kaspi” liseyini idarə edib.
Cia.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev bildirib.
"Emin Əmrullayev nazir təyin olunduqdan sonra şərikini orada qoya bilməzdi. Onu nazirlikdə böyük vəzifələrə təyin etdi. Elnur Əliyev isə "Kaspi”ni yiyəsiz buraxa bilməzdi. Yerini Qardaşı Elşən Əliyevə verdi. Hörümçək toru şəklində qurulan Mehdiyev-Həsənov şəbəkəsi ölkəninin milyonlarını qamarlayıb xarici ölkə Banklarına köçürüblər. Elnur Əliyevin də fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır…” – E.Əliyev qeyd edib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.