Ramiz Mehdiyevin kitablarını onlar yazırdılar - Professor
“Ramiz Mehdiyevin nağıl kitablarını yazan, təbliğat və təşviqatçıları - əslində, elmi və intellektual mühitin üzərinə kölgə salan bir zümrə idi. Onlar akademik tənqid və fikir plüralizmi yerinə, şəxsi mifikləşdirilmiş obraz yaratmaqla məşğul idilər. Bu çevrənin əsas məqsədi “Ramiz məktəbi” adlı süni bir ideoloji konstruksiyanı formalaşdırmaq, onu “elmi ənənə” kimi təqdim etmək idi”.
Cia.az-ın məlumatına görə, bunu professor, iqtisad elmləri doktoru Zahid Məmmədov bildirib.
Onun sözlərinə görə, “Ramiz məktəbi” qrupunda bəziləri yazıçı və publisist, bəziləri “akademik” və “alim” statusunda çıxış edir, amma yazdıqları yazılar tənqidi düşüncənin deyil, sifarişli ideoloji mətnlərin nümunəsi idi.
“Onlar Ramizin “düşüncə tərzini” fəlsəfə, tarix, siyasət və mədəniyyət adı altında təbliğ edir, hətta universitetlərdə bu ideyaları dərs materialı kimi təqdim etməyə çalışırdılar.
Bu sistemli təşviqat fəaliyyətinin bir neçə səviyyəsi var idi:
Simvolik səviyyə – Ramizin adını daşıyan kitablar və “elmi məktəbi” haqqında konfranslar.
Media səviyyəsi – qəzetlərdə, televiziya proqramlarında onu “dövlət ideoloqu”, “milli fəlsəfənin banisi” kimi təqdim edən çıxışlar.
Akademik səviyyə – dissertasiyalar, monoqrafiyalar və elmi məqalələr vasitəsilə şəxsi kultun elmi formada əsaslandırılması.
Bu prosesin təhlükəli tərəfi ondadır ki, elmi avtoritet anlayışı şəxsi sədaqətlə əvəz olundu, universitetlərdə isə intellektual mühit “Ramiz terminologiyası” ilə zəhərləndi”, - Z.Məmmədov qeyd edib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.