banner
banner

Gündəm

Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -HƏLƏ DƏ İŞ BAŞINDADIR...

Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -HƏLƏ DƏ İŞ BAŞINDADIR...

Özü bazarda arabaçı işləyir, amma adına 5 şirkət açılıb və 54 min 441 manat vergi borcu var. Şəhid qardaşı olan Xəqani Qasımov bu vəziyyəti yalnız Rusiyaya işləməyə getmək istəyəndə öyrənib. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

Xəqani Qasımov adlı şəxs “işə düzəltmək” adı ilə bir neçə sənədə qol çəkdiyini, şəxsiyyət vəsiqəsinin də həmin şəxslər tərəfindən götürüldüyünü bildirib. Onlardan xəbər çıxmadığını görən Xəqani arabaçılıq etməyə davam edib. Sonradan Rusiyada yaşayan qohumlarının yanına gedib fəhlə kimi işləmək istəyəndə isə onun adına açılmış 5 şirkətin və böyük məbləğdə vergi borcunun olduğunu öyrənib.

Dövlət Vergi Xidmətindən ona bildirilib ki, vəziyyətin həlli üçün məhkəməyə müraciət etməlidir. Lakin onun vəkil tutmağa da imkanı yoxdur. Dövlət Vergi Xidmətindən əlavə olunub ki, başqa adamın adına “VÖEN” açmaq mümkün deyil, bunun üçün ya etibarnamə verilməli, ya da şəxs özü müraciət etməlidir.

Diqqət edin, böyük bir cinayət əməlinə, 55 min manat vergi borcu olan adama Dövlət Vergi Xidmətinin cavabına fikir verin. Yəni, yenə günahkar vətəndaşdır. Uzun illərdir belə edirlər, uzun illərdir vətəndaş günahkardır. Araşdıran yox, axtaran yox. Dövlət Vergi Xidməti vətəndaşı çağırıb araşdırma aparmır ki, bu şirkətnə gətirib, onun adına hansı mallar gəlib, harda satılıb, bu cinayəti kimlər törədib. Maraqlı deyil? Niyə?

Əlbətdə, bu hadisə təkcə bir arabaçının deyil, illərlə davam edən böyük bir sistem probleminin göstəricisidir. Uzun illərdir adına vergi borcu gələn, xəbəri olmadan şirkət açılan, kasıb və savadsız insanların sayı hesabı yoxdur. Bu nə birinci, nə də son hadisədir.

Çünki illərdir kimlərinsə adına gömrük və idxal-ixrac şirkətləri açaraq milyonlar qazanan işbaz şəbəkələr, qaununsuz şirkətlər fəaliyyət göstərir. Mətbuatda dəfələrlə narkotik aludəçilərinin, ağır xəstələrin və imkansız insanların adından açılan və milyonlarla manat borcu olan şirkətlər haqqında yazılıb.

Amma təəssüf ki, bu hallara aidiyyəti qurumların, Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac İdarəsinin reaksiyası, nəzarəti və məsuliyyəti yetərli səviyyədə deyil. Bu susqunluq, əslində, problemin köklənməsinə şərait yaradır. Susmaq isə, razılaşmaq əlamətidir. Hamı qazanır, heç kim narahat deyil. İtirən isə dövlət və sadə vətəndaşlar və bir də qanuni sahibkarlardır. Belə lazımdır?Son günlərdə “Boz kardinal” Ramiz Mehdiyevin dövlətə vurduğu zərərlər, etdiyi xainlik və topladığı sərvətlər fonunda bu sistemin haradan qaynaqlandığı daha aydın görünür. Ramiz Mehdiyevin Gömrük Komitəsindəki adamları, illərlə formalaşdırdığı əlaqələr və kargo bazarındakı təsiri bu gün də hiss olunur. Ölkənin ən iri kargo şirkətləri sayılan "Şah” və “Çin” karqoları ilə onun əlaqələri və bu şirkətlərin rəhbəri, “kargo Şamil” kimi tanınan şəxslə yaxın münasibətləri təsadüfi deyil.

Məhz bu əlaqələr sayəsində illərlə ölkənin kargo bazarı monopoliyada saxlanılıb, dövlət büdcəsinə zərbə vurulub və müəyyən şəxslər milyonlarla manat gəlir əldə ediblər. Ramiz Mehdiyev bu proseslərdən Gömrük Komitəsindəki dəstəkləri vasitəsilə yararlanıb, büdcəyə ciddi ziyan vurmaqla öz maliyyə gücünü möhkəmləndirib.

Daha bir incə məqam - Bu gün diqqət daha çox Bakı Baş Gömrük İdarəsinə yönəlib və hər şeyin “şəffaf” olduğu iddia edilir. Amma bəs bölgələrdə vəziyyət necədir?

Məlumatlara görə, Xaçmaz, Biləsuvar, Astara və Tovuz Gömrük idarələrində qanunsuz fəaliyyətlər, vergidən yayınma və başqa şəxslərin adına açılan şirkətlərin fəaliyyəti daha rahat şəkildə həyata keçirilir. Bu idarələr coğrafi baxımdan uzaqda olduqları üçün nəzarətdən kənarda qalır və “sakit rejimdə” fəaliyyət göstərən çoxsaylı şübhəli şirkətlər burada rahatlıqla işləyirlər. Aidiyyəti qurumların bu idarələri daha ciddi nəzarətə götürməsi zəruridir. Çünki məhz bu bölgələrdə qanunsuz idxal-ixrac əməliyyatları, vergidən yayınma sxemləri və qanunsuz şirkət fəaliyyəti geniş vüsət alıb.

Ramiz Mehdiyev müzakirələri fonunda əsas suallar hələ də açıq qalır

- Gömrük Komitəsində və onun bölgə idarələrində kimlər bu sistemin qoruyucusudur?

- Dövlət büdcəsindən yayındırılan milyonların kimlərin cibinə getdiyi niyə hələ də araşdırılmır?

- Qanunsuz şirkətlərin arxasında Ramiz Mehdiyev klanının rolu nə qədərdir?

Bu məsələlərin araşdırılması Gömrük Komitəsinin sədri Şahin Bağırovun, eləcə də İdxal-İxrac İdarəsinin rəhbəri Azər Məmmədovun birbaşa diqqətində olmalıdır. Əgər bu istiqamətdə addımlar atılmırsa, deməli, bu şəxslərin də qanunsuz şirkətlərlə əlaqəsi ehtimaldan kənarda deyil, məntiq belə deyir.

Bazarda arabaçı işləyən, şəhid qardaşı Xəqani Qasımovun faciəsi əslində daha böyük bir sistemin - saxtakarlıq, vergidən yayınma və korrupsiya şəbəkəsinin kiçik əksidir. Əgər bu cür hadisələr illərlə davam edirsə, deməli, dövlət orqanlarında hələ də köhnə sistemin adamları qalmaqdadır. Onlar təmizlənmədən, ölkədə nə şəffaf iqtisadiyyat, nə də ədalətli sahibkarlıq mühiti mümkündür.(Dia-az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.

Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib.

Ramiz Mehdiyevin kitablarını onlar yazırdılar - Professor

“Ramiz Mehdiyevin nağıl kitablarını yazan, təbliğat və təşviqatçıları - əslində, elmi və intellektual mühitin üzərinə kölgə salan bir zümrə idi. Onlar akademik tənqid və fikir plüralizmi yerinə, şəxsi mifikləşdirilmiş obraz yaratmaqla məşğul idilər. Bu çevrənin əsas məqsədi “Ramiz məktəbi” adlı süni bir ideoloji konstruksiyanı formalaşdırmaq, onu “elmi ənənə” kimi təqdim etmək idi”.

“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”

"Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib. Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan "Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla, uzun müddət "Kaspi” liseyini idarə edib.

Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİ

Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

SON DƏQİQƏ! AZAL-ın təyyarəsində problem yarandı - Sankt-Peterburqa geri qayıtdı

“Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib”.