Ötən gün Bakıdan havaya qalxan Azərbaycan təyyarəsi Ermənistanın paytaxtı İrəvana eniş edib.
Cia.az Teleqraf-a istinadən xəbər verir ki, sözügedən təyyarə AZAL-ın balansındadır.
Biznes təyyarə xüsusi reyslər üçün nəzərtə tutulub və bundan bir ədəddir.
Məsələ burasındadır ki, ötən gündən başlayaraq İrəvanda iki gün ərzində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirirlir. Təyyarənin də məhz Azərbaycan nümayəndə heyətini daşıdığı istisna deyil.
Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.