banner
banner

Gündəm

Ağabala Quliyevin malikanəsi söküləcək?

Ağabala Quliyevin malikanəsi söküləcək?

Bayır şəhərin bir hissəsi, Təzə Pir məscidinin ətrafında 73 tarixi mədəniyyət abidəmiz var.

Bunu Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva açıqlamasında deyib.

O bildirib ki, 73 abidədən yalnız 8-i digər funksiyalar üzrə fəaliyyət göstərir: “Məsələn, hamam, məscid kimi fəaliyyətdə olanlar var. Onlar daimi istifadə olunduqlarına görə müxtəlif qorunma səviyyəsində bu günə çatıb. Hər biri dövlət tərəfindən qorunur. Binanın qorunması üçün bizim siyahıda memarlıq abidələri, arxeoloji abidələr, daşınmaz tarixi abidələr, bədii əsərlər kimi meyarlar var. Siyahımızda abidələr üç yerə bölünüb. 3 siyahıdan hər birində abidələr öz əhəmiyyət dərəcəsinə görə bölünür. Bunlar dünya əhəmiyyətli abidələr, ölkə əhəmiyyətli abidələr və yerli əhəmiyyətli abidələrdir”.

O deyib ki, Ağabala Quliyevin malikanəsi ən gözəl memarlıq nümunəsidir: “Bu bina inqilabdan sonra da istifadədə olub. O vaxtın ən möhtəşəm binalarından sayılan bu bina Bakı-Abşeron memarlıq üslubunda tikilib. Onun detallarındakı bir çox elementlər Şirvanşahlar sarayından götürülüb. Dövlət tərəfindən mühafizəyə alınmış abidələrin siyahısında Ağabala Quliyevin malikanəsi 172 inventar nömrəsi altında saxlanılır. Bayır şəhərin bir hissəsində, Təzəpir məscidinin ətrafında yerləşən abidələr içərisində ən yüksək qiymətləndirilən binalardan biridir. 1976-cı ilə qədər bu bina Şirvanşahlar sarayının əsas qoruq idarəsinin yeri kimi istifadə olunub. Sonra isə Memarlar İttifaqqına verilib. Yəni, hazırda ictimai bina kimi istifadədədir. Abidələrin bəziləri dağılıb, bəziləri qorunub-saxlanılıb, bir çoxu yaşayış abidəsi kimi hələ də istifadədədir. Bu gün bizim əsas məqsədimiz bu cür binaları qoruyub saxlamaqdır”.

Səbinə Hacıyeva onu da qeyd edib ki, o dövrdə tikilmiş ən parlaq nümunələrdən biri də Əlibəyov qardaşlarının evidir: “Bu üçmərtəbəli binanın fasadları, giriş qapısından tutmuş içəriyə aparan pilləkənləri, ətrafları freskalarla işlənmiş divarları var. Günümüzə çox da yaxşı vəziyyətdə olmadan çatmasına baxmayaraq, dövlət tərəfindən qorunmaqdadır. Bu ev yaşayış binası olaraq öz funksiyasını qoruyub saxlayır. Tarixi memarlıq abidələrinin ən parlaq nümunələrdən sayıla bilər”.

APA



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Azərbaycanda məmurlar öz sələflərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür.

DYP-dən sürücülərə xəbərdarlıq - Tədbirlər gücləndirildi

Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Baş nazirdən Şuşa ilə bağlı sərəncam

Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.