NAXÇIVANDA YANACAQ MONOPOLİYASI - Məmurlara aid olmayan yanacaqdoldurma məntəqələri bağlanır
Naxçıvanda yerli məmurların monopoliyasından kənar fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində yoxlamalar başlayıb. Bu haqda "Gündəlik Naxçıvan"a sahibkarlar məlumat veriblər. Yoxlamanı aparan isə FHN Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarıdır. Onların müxtəlif bəhanələr gətirərək, bir neçə məntəqəni bağladığı və ya fəliyyəninin məhdudlaşdırdığı bildirilir.
Sahibkarlar bildirirlər ki, əsassız bəhanələrlə bir neçə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb, ya da məhdudlaşdırılıb:
“Yanacaq monopoliyası nəzarəti tam ələ keçirmək istəyir. Monopoliyadan kənar 3-4 məntəqə var idi ki, onları da belə sıxışdırıb, aradan çıxarmaq istəyirlər. Əvvəlcə ucuz qiymətə satmaq təklif etdilər. Heç kim razılaşmadı, bu yolla ələ keçirmək istəyirlər. Guya yanğın təhlükəsizliyinə əməl edilmir deyib, möhürləyirlər”.
Bağlananlar arasında Naxçıvan şəhər Topçubaşov 34 ünvanında yerləşən Fərmail Hesüynova məxsus yanacaqdoldurma məntəqəsi də var.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.