banner
banner

Gündəm

Sahil Babayevdən vergi güzəştləri ilə bağlı - Açıqlama

Sahil Babayevdən vergi güzəştləri ilə bağlı - Açıqlama

“Əməkhaqqı gəlirləri ilə bağlı tənzimləməmizi təqdim edirik. Bilirsiniz ki, 2026-ci ildə tətbiq olunan güzəştin müddəti bitir”.

Cia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü. Növbəti il üçün əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq. Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur.

Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 matadan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir”, - nazir bildirib.

Qafqazinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?