banner
banner

Gündəm

"İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək":- Mer

"İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək":-

"Binalar mühafizə altındadır. Bu hadisənin terror aktı olma ehtimalı da Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır". 
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Günə Baxan"a müsahibəsində bildirib. O həmçinin qeyd edib ki, köçürülən yerlərdə hər cür şərait olacaq. "Evlər təmir olunacaq, mebellə təmin olunacaq. İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək. İstəsələr koteclərdə, istəyənlər isə binalarda mənzillərlə təmin olunacaq. Onların övladları istədikləri məktəbə gedəcəklər və onlar məktəbə xüsusi avtobuslarla aparılıb gətiriləcək", - deyə icra başçısı bildirib.

Hacıbala Abutalıbov binaların üzlənməsi haqqında suala da cavab verib. Onun sözlərinə görə, binaların üzlənməsi haqqında qərar qəbul ediləcək. "Əgər yanğına səbəb məhz həmin material olarsa, bu zaman binaların həmin materialla üzlənməsi dayandırılacaq və onlar söküləcək. Onun əvəzinə yanmayan material, üzlük, ağ daşlardan istifadə ediləcək. Buna da yenə komissiya qərar verəcək. Əgər terror ehtimalı doğru çıxsa, yaxud da yanma səbəbi başqa olsa üzlüklər sökülməyəcək".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.