banner
banner

Sosİal

Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB MƏLUM OLDU

Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB MƏLUM OLDU

Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır. 

Cia.az-ın əldə etdiyi xəbərə görə, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda sökütnü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır. 

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub. 

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Dostojevski küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək. 

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək. 

Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.