Bu gündən Azərbaycanda növbəti istilik mövsümünə start verilir.
Cia.az xəbər verir ki, 2025-2026-ci illər payız-qış mövsümü ərzində "Azəristiliktəchizat" ASC Bakı şəhəri və regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.
İstilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.
Noyabrın 11-də Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan, içərisində 20 Türkiyə hərbçisinin olduğu "C-130"un qalıqları üzərində araşdırma işləri davam edir. Artıq 20-ci şəhidin də nəşi tapılıb və bununla da axtarış-xilasetmə işləri başa çatıb. Qeyd edək ki, təyyarənin “qara qutu”su da tapılıb və Türkiyəyə aparılıb.