Azərbaycanda əksər sayt və agentliklərə girişdə problem yaranıb.
Cia.az xəbər verir ki, artıq bir saata yaxındır informasiya saytlarına daxil olmaq mümkün deyil.
Problemin nədən qaynaqlanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlamışıq.
***
İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: “Cloudflare” çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür. “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər. “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.