banner
banner

Gündəm

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib.

Həmin müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqları və vəzifələri barədə məlumatlandırılması məqsədilə keçirilmiş tədbirdə MPQ üzvləri tərəfindən uşaqlara beynəlxalq və milli qanunvericiliyin müddəaları əsasında təqdimatlar edilib, müvafiq tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ombudsman Aparatının ixtisasca həkim və sosial işçi olan əməkdaşlarının da iştirakı ilə müəssisədə saxlanan uşaqlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib, eyni zamanda, Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi barədə də məlumat verilib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirdən mühüm açıqlama: 48 faiz artım olacaq

“Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”.

DİN çağırış edir: bank kartlarınızı qoruyun

Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır. Bununla bağlı DİN-in Mətbuat Xidməti növbəti dəfə çağırış edir, vətəndaşların sadə təhlükəsizlik qaydalarına əməl etməyə diqqəti yönəldir.