Cia.az xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Rauf oğlu Əliyev (Arif Buzovnalı) 6 sentyabr 1972-ci ildə Buzovnada anadan olub.
Arif Buzovnalı 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağda döyüşə gedib və atəşkəsə qədər (1994-cü il 12 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.
2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.
2010-cu ildə Urmiyada keçirilən "Rəzəvi" Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olub.
2014–2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında “Məclisi-Üns” verilişinin daimi iştirakçısı olub.
2018–2019-cu illərdə keçirilmiş 1-ci və 2-ci "Nəsimi — Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olmuşdur.
Yeddi kitabı işıq üzü görüb və müxtəlif almanaxlarda əsərləri yer alıb.
Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.