banner
banner

Gündəm

Ramiz Mehdiyevin SƏHHƏTİ PİSLƏŞDİ

Ramiz Mehdiyevin SƏHHƏTİ PİSLƏŞDİ

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var.

Cia.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, gecə saatlarında Mehdiyevin səhhətində ciddi problem yaranıb və onun yaşadığı ünvana təcili tibbi yardım çağırılıb.

Mehdiyevin ailəsi dövlətin Təcili Tibbi Yardım Xidmətinə müraciət etməyib. Mehdiyev üçün özəl klinikalardan birindən həkim briqadası dəvət edilib.

Həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Məlumata əsasən, 86 yaşlı sabiq PA rəhbəri uzun müddətdir tənəffüs yolları ilə bağlı problemlərdən əziyyət çəkir və son günlər bu problemlər kəskinləşib.

Xatırladaq ki, Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?