Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil edilən “Azparking” parklanma xidməti qiymətlərini qaldırır.
Cia.az xəbər verir ki, Bakıda parklanma xidmətlərinin qiymətinin artırılması ilə bağlı yeni iddialar yayılıb. Əldə etdiyimiz məlumata görə, “Azparking” tərəfindən idarə olunan bəzi parklanma məntəqələrində mövcud tariflərin 2 manata qaldırılması nəzərdə tutulur.
Məlumatlara əsasən, mümkün qiymət artımı xüsusilə mərkəzi küçə və prospektlərdə yerləşən parklanma zonalarını əhatə edəcək. Artımın konkret hansı tarixdən qüvvəyə minəcəyi və hansı ərazilərə tətbiq olunacağı hələlik məlum deyil.
Yaxın günlərdə parklanma yerləri qiymətinin dəyişib-dəyuşməyəcəyini aydınlaşdırmaq üçün AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, qiymət siyasəti AYNA tərəfindən tənzimlənmir.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.