“TikTok”da qeyri-etik paylaşımlar edən şəxs HƏBS OLUNDU
“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Cia.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.