Xəzərdəki boru kəməri pilotsuz katerlərin hücumuna məruz qalıb
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
Cia.az xəbər verir ki, bu barədə konsorsiumun Mətbuat xidməti məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da - red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb", - məlumatda qeyd olunur.
Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.
"İlkin məlumata görə, Qara dəniz akvatoriyasına neft sızması baş verməyib", - məlumatda bildirilir.
Dəniz suyundan nümunələr götürülür, ekoloji monitorinq aparılır.
"Yanalma qurğusunun bundan sonra istismarı mümkün deyil. Terminalda yükləmə əməliyyatları pilotsuz kater və PUA təhlükəsi aradan qaldırıldıqdan sonra müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək", - məlumatda qeyd olunur. (Report)
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.