AXCP sədri Əli Kərimlinin köməkçisi kimi tanınan və “Matros Faiq” ləqəbi ilə məşhur olan Faiq Əmirli də “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.
Cia.Az Musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, ölkədə Mehdiyevin yaratdığı iddia olunan “Dövlət Şurası” şəbəkəsi üzrə aparılan istintaq tədbirləri genişləndirilir və bu proses müxalifət düşərgəsinə də sirayət edir.
“Ramiz Mehdiyev işi” üzrə aparılan istintaqda Mehdiyevin ölkədə siyasi sistemi dəyişdirməyə, 50 nəfərlik “Dövlət Şurası” formalaşdırmağa cəhd göstərdiyi, bu strukturda həm iqtidar, həm də müxalifət daxilindən bir sıra şəxslərin adı hallandığı bildirilir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.