banner
banner

Sosİal

Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi

Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yaranan problemlər bu dəqiqələrdə də davam edir. 

Cia.az xəbər verir ki, Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar ləngiyir. 

İntervalın pozulması səbəbindən stansiyalarda və tunellərdə sərnişin sıxlığı yaranıb. Qatarların həm tunellərdə, həm də platformalarda normadan artıq dayanması müşahidə edilir. 

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.

Məlumata görə, "Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.

Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.