Halal adı ilə donuz ətli konservlər Azərbaycana gətirildi
Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir.
Cia.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət 500 qramlıq “Semeyniy büdjet” markası altında satılan və üzərində “Mal əti tşonka” kimi qeyd olunan konservlərdən gedir. Aparılan laborator müayinələr zamanı məhsulun tərkibində donuz ətinə aid DNT-nin olduğu müəyyən edilib ki, bu da onun halal standartlarına uyğun olmadığını göstərir.
Nəşr qeyd edir ki, konservlərin istehsalçısı Rusiya Federasiyasının Orlov vilayətində fəaliyyət göstərən “Qlavprodukt” müəssisəsidir. Qeyd edək ki, sözügedən müəssisə bu ilin yayında milliləşdirilərək Rusiyanın keçmiş kənd təsərrüfatı naziri ilə əlaqəli strukturların nəzarətinə keçib.
Bu məhsulların Rusiya ordusuna da göndərildiyi, o cümlədən Orexovo-Zuyevo şəhərində yerləşən 81521 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən istifadə edildiyi vurğulanır. Eyni zamanda konservlərin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə - Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycana ixrac olunduğu bildirilir.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.