banner
banner

Krİmİnal

Səfərbərlik Xidmətinin sabiq mayoru məhkəmə zalında həbs edilib

Səfərbərlik Xidmətinin sabiq mayoru məhkəmə zalında həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrində çalışmış Turab Nazim oğlu Yunisov Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Cia.az xəbər verir ki, mayor Yunisov Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində hərbi qulluqçu kimi işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi, müharibə veteranı adına və işə qəbul vədləri adı altında 15 nəfərdən 1000-10 000 manat aralığında pul alıb.

İstintaq materiallarına görə, o, ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurub. Zərərçəkmişlərin böyük hissəsi aldıqları ziyanın geri qaytarılmadığını bildirib.

Tərtər Rayon Məhkəməsi Yunisova 4 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab etmişdi.

Bu qərar həm prokuror, həm də zərərçəkmişlər tərəfindən narazılıqla qarşılanaraq apellyasiya qaydasında şikayət verildi.

Gəncə Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək şərti cəzanı ləğv edib. Turab Yunisov barəsində həbs qətimkan tədbiri seçib. Onun 4 il real həbs cəzasını çəkməsinə qərar verib.

Yunisov məhkəmə zalında dərhal həbs olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan 1994-cü il təvəllüdlü jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.

Tiktoker Zeynəb Ən-Nəimi ilə bağlı QƏRAR

Ali Məhkəmədə narkotiklərin satışında ittiham edilən “tiktoker” Zeynəb Ən-Nəiminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Lökbatanda faciə: 4 nəfər həlak oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

Cia.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.