banner
banner

Gündəm

İcra başçısının oğlu general-mayor oldu

İcra başçısının oğlu general-mayor oldu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib.

Cia.az-ın "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?