banner
banner

Sosİal

18 yaşadək işçilərlə bağlı yenilik – Rəsmi

18 yaşadək işçilərlə bağlı yenilik – Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib.

Cia.az xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur.

Eyni zamanda, iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16-18 yaş arası işçilər üçün isə 36 saatdan) artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb.

Bu yenilik 16 yaşdan 18 yaşadək işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, ƏMAS-da məlumatların düzgün formalaşdırılmasına xidmət edir.

Həmçinin ƏMAS-a daha bir funkisonallıq əlavə edilməklə, işçilərə bu e-sistem üzərindən real vaxt rejimində əsas iş yerləri ilə yanaşı, artıq əlavə iş yerləri barədə də arayışları əldə edə bilmək imkanı yaradılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.