İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
Hazırda sahibkarlar kommersiya məqsədilə biznes krediti götürdükdə sığortalanır və banklar müvafiq sığorta xidmətlərini təklif edirlər. Lakin istehlak kreditləri üzrə hazırda sığorta tətbiq edilmir.
Cia.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov işsiz qalan vətəndaşın kredit borcunu sığortanın ödəməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, yeni qanun qəbul olunsa, istehlak krediti götürən fiziki şəxslər də həyat sığortası ilə əhatə olunacaq:
“Bu da həmin şəxsin gələcəkdə işsiz qalması, əmək qabiliyyətini tam və ya qismən, müvəqqəti itirməsi, eləcə də ölüm halında kredit borcunun sığorta şirkəti tərəfindən ödənməsi ilə bağlıdır. Məsələ aktuallaşarsa, istehlak krediti götürən şəxslər üçün sığortanın icbari, yoxsa könüllü olacağı qanun qəbul edildikdən sonra dəqiqləşəcək. Hətta sığorta könüllü seçim kimi tətbiq olunsa belə, bankların öz daxili qaydalarına əsasən bu növ sığortanı məcburi tələb etməsi mümkündür”.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.