banner
banner

Sosİal

Günlərlə QAR YAĞACAQ, temperatur 10 dərəcə düşəcək - BAKIDA isə...

Günlərlə QAR YAĞACAQ, temperatur 10 dərəcə düşəcək - BAKIDA isə...

Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb.

Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda qoyub.

İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir.

Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.

Adıçəkilən Nigar Həsənova ilə əlaqə saxlasaq da, o, heç bir cavab vermədən telefonu söndürüb.

Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.