Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Cia.az-in məlumatına görə, Binəqədi Rayon Məhkəməsi indilərdə hökm elan edib.
Şərurlu İsfəndiyarın təhqir və böhtan cinayətləri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, Şərurlu İsfəndiyar verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib. Cia.az həmin paylaşımı təqdim edir:
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib.
Cia.az xəbər verir ki, Gürcüstan Respublikasının keçmiş Prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili öz "Feysbuk" səhifəsində Azərbaycan Prezidenti İlham ƏLiyevi ad günü münasibəti ilə təbrik edib.
Tarixin son yüz ili Azərbaycan üçün daha çox siyasi baxımdan keşməkeşli olub. Cümhuriyyətdən miras qalan torpaqlar ermənilərin həyata keçirdiyi məkrli planla Azərbaycandan alınaraq Ermənistana birləşdirilir. Ötən əsrin 90-cı illərində isə ermənilər daha bir “revanş” götürərək Qarabağ və ətraf əraziləri işğal edir. Lakin 2020-ci ildə tarixi ədalət məhz Azərbaycan xalqının lideri İlham Əliyev tərəfindən bərpa olundu. İlham Əliyevin əldə etdiyi Qarabağ Zəfəri son yüz ilin Türk tarixinə qızıl hərflərlə yazıldı.