Bakı metrosunun bayram günləri üçün iş qrafiki açıqlandı
“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.
Bu barədə Cia.az-a QSC-dən bildirilib.
Paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq.
Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların hərəkəti xüsusi qrafiklə tənzimlənəcək. Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
“Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.
Qurum sərnişinlərdən metropolitendən düzgün istifadə, təhlükəsizlik, o cümlədən sanitariya-gigiyena qaydalarına riayət etmələrini xahiş edir.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.