banner
banner

Sosİal

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən məlumatda bildirilir ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.

Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir.

Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.