banner
banner

Sosİal

Bu ərazilərdə 20⁰-dək şaxta var

Bu ərazilərdə 20⁰-dək şaxta var

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata əsasən, yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.

Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-də 12 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.