Gecikən Moskva təyyarəsi Gəncəyə eniş edib - Yenilənib
Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.
Cia.az-in məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.
Uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.
Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq şəxs istifadə edəcək.
***
Gəncə beynəlxalq hava limanından verilən məlumata görə, “Ural Airlines” aviaşirkətinə məxsus U6 2411 Moskva–Gəncə və U6 2412 Gəncə–Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Aviaşirkətdən verilən məlumata görə, U6 2411 reysinin Moskvadan çıxışı 16:05 vaxtına planlaşdırılır.
Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.
***
Təyyarə 20:40-da Gəncəyə eniş edib. 1 saat 20 dəqiqə sonra isə Moskvaya geri dönüb.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.