Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.
"Bakı Kart"ın operatoru - "K Group" MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan "BakıKart" kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "BakıKart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:
"BakıKart" sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur".
Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə "BakıKart" plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:
"Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır".
Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.