Azər Zahid "TikTok"a qayıtdı - etirafı ilə diqqət çəkdi
Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəbəkələrdə aktivliyə başlayıb.
Bir illik fasilədən sonra o, "TikTok" platformasında paylaşım edərək izləyicilərinin qarşısına çıxıb.
Azər Zahid videoda üzünü birbaşa izləyicilərinə tutaraq yeni bir başlanğıca qərar verdiyini bildirib. Aparıcı qeyd edib ki, bu müddət ərzində çox düşünüb, yaşadıqlarını analiz edib və artıq tam fərqli formatda, daha düşündürücü məzmunla tamaşaçıların qarşısına çıxmağı planlaşdırır.
Səmimi açıqlamaları ilə diqqət çəkən Azər Zahid, dəyişdiyini və bundan sonra izləyicilərinə faydalı və mənalı yayımlar təqdim edəcəyini vurğulayıb.
Teleaparıcının bu dönüşü sosial şəbəkələrdə maraqla qarşılanıb və onun yeni mərhələdə necə bir yol seçəcəyi izləyicilər arasında müzakirələrə səbəb olub.**Milli.Az
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.