Ağcabədi rayonunun Aşağı Avşar kəndində bir neçə gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Cia.az-a bildirilib ki, 04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.