banner
banner

Sosİal

Şəki ilə Fransanın Kolmar şəhəri qardaşlaşdı

Şəki ilə Fransanın Kolmar şəhəri qardaşlaşdı

Azərbaycanın Şəki şəhəri Fransanın Kolmar şəhəri ilə qardaşlaşıb. 
Hər iki şəhər rəhbərliyi arasında dostluq xartiyası imzalanıb.

Qardaşlaşmanı rəsmiləşdirmək üçün Kolmar şəhərinin meri Jilber Meyer rəhbərlik etdiyi nümayəndə heyətilə birlikdə Şəkidə oldu. Mərasim iştirakçılarına qardaşlaşan hər iki şəhərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verildi.

Kolmar şəhərinin meri Şəkiyə ilk səfərini 2013-cü ildə etdiyini və elə həmin vaxtdan bu şəhərlə əlaqənin təməlinin qoyulduğunu söylədi.

Şəkini Qafqazın mirvarisinə bənzədən Jilber Meyer şəhərlər arasında dostluğun Azərbaycan-Fransa əlaqələrinə də böyük töhfə verəcəyini vurğuladı:

“Üç il qabaq mən bura gələndə Şəkini çox sevdim və daha yaxından tanış olduqdan sonra gördüm ki, tarixlərimizdə də oxşarlıqlar var. Eyni zamanda irslərimizdə də. Hər iki şəhər üçün vacib olanı onun irsidir”. 

Daha sonra Şəki ilə Fransanın Kolmar şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalandı.

Hər iki şəhərin rəhbərliyi bir-birinə xatirə hədiyyələri təqdim etdi. 

İndiyədək Kolmar şəhərilə dünyanın müxtəlif 7 şəhəri arasında qardaşlaşma xartiyası imzalanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.