banner
banner

Sosİal

Bu gün Yalançı çərşənbədir

Bu gün Yalançı çərşənbədir

Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Qədimdə əkinçilər Böyük çilləni yola saldıqdan sonra yerdə qalan 1 ay 20 günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdilər. İllər keçdikcə çərşənbələrin sayı azalıb, bəziləri yaddan çıxıb.

Cia.az xəbər verir ki, bu gün hələ də doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.

Doğruçu çərşənbələrdən fərqli olaraq, Yalançı çərşənbəyə xüsusi hazırlıq görülmür.

Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə qüvvə, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Yalançı çərşənbədə ala-toran vaxtı həyətlərdə od-ocağı gur olmayan tonqallar qalayırlar. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, doğruçu çərşənbələrdə olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.

Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adında ifadə olunan mənanı özündə daşıdığını göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.