banner
banner

Sosİal

Suyun qiyməti ilə bağlı SON DƏQİQƏ! - Müraciət edildi

Suyun qiyməti ilə bağlı SON DƏQİQƏ! -

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur”.

Cia.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur.

“Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib.Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib”.

Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır.

“Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumuna müraciət ünvanlayıb”,- deyə ADSEA-dan əlavə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.