Müğənni Eflatun Qubadov səsləndirdiyi açıqlama ilə diqqət çəkib.
İfaçı toy məclislərinin birində yaşadığı xoşagəlməz hadisəni etiraf edib.
O bildirib ki, məclislərin birində içdiyi çaydan sonra səsində problem yaranıb. Sənətçinin sözlərinə görə, ifa zamanı səsi istədiyi kimi işləməyib və bu hal onu çətin vəziyyətdə qoyub.
Qubadov həmin hadisədən sonra ehtiyatlı davranmağa başladığını deyib. O, artıq əksər hallarda yemək və içəcəyini evdən götürdüyünü, yaxud da etibar etdiyi restoranda qidalandığını vurğulayıb.
Müğənninin bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin ehtiyat tədbirini anlayışla qarşılayanlarla yanaşı, bunu şişirdilmiş addım hesab edənlər də olub./Milli.az/
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.