banner
banner

Sosİal

Bu halda pensiyanız əlinizdən alına bilər — Diqqət

Bu halda pensiyanız əlinizdən alına bilər —

Son günlər mediada bəzi şəxslərin pensiya hüququndan məhrum edilə biləcəyi ilə bağlı məlumatlar müzakirə olunur. Bu məsələnin qanunvericilik baxımından hansı hallara aid olduğu və pensiya hüququnun hansı səbəblərlə itirilə biləcəyi maraq doğurur.

Hüquqşünas Kərim Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müəyyən hallarda şəxslər pensiya hüququndan məhrum oluna bilər:

“Bu, əsasən cinayətə yol verən, yalan məlumat təqdim edən və ya dövlət qaydalarını pozan şəxslərə aiddir. Həbsdə olan şəxslərin pensiya ödənişləri bəzi hallarda müvəqqəti dayandırıla bilər. Həbsdə cəza çəkənlərin pensiya təyinatı onların fəaliyyətinə və yaşam şəraitinə görə fərqlənir. Eyni zamanda, saxta sənəd təqdim edərək pensiya almağa çalışan şəxslər də bu hüquqdan məhrum edilə bilərlər. Əgər kimsə iş stajını və ya yaşını düzgün göstərməzsə, pensiya ödənişləri dayandırıla bilər.”

Ekspert əlavə edib ki, əlillik əsasında təyin olunan pensiyalar da müəyyən hallarda yenidən qiymətləndirilir:

“Şəxs iş qabiliyyətini bərpa edərsə və reabilitasiya prosesindən keçərsə, pensiyası ləğv oluna bilər. Bu, pensiyadan məhrum edilmənin digər əsas səbəblərindən biridir. Həmçinin, dövlət qulluqçuları və hüquqi şəxslər ciddi qanun pozuntularına yol verdikdə onların pensiya ödənişləri dayandırıla və ya tamamilə ləğv edilə bilər.”

Qeyd edək ki, pensiya hüququ yalnız qanunvericiliyin tələblərinə riayət olunduğu halda qorunur və saxtakarlıq və ya ciddi hüquq pozuntuları bu hüququn itirilməsinə səbəb ola bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.