Müğənni Səidə Sultan barəsində səsləndirilən narkotik ittihamlarına münasibət bildirib.
Canlı yayım zamanı aralarında mübahisə yaşanan aparıcı Tarix Əliyevin (Tolik) səsləndirdiyi iddialara cavab verib.
Sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda məsələyə aydınlıq gətirərək bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, iki gün əvvəl xəstəxanadan evə buraxılıb və qolunda görünən izlər tibbi prosedurlarla əlaqədardır.
Səidə qeyd edib ki, yayılan söz-söhbətlər əsassızdır və sağlamlıq vəziyyəti ilə bağlı hər hansı gizli məqam yoxdur. Müğənninin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Milli.az/
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.