Sənət aləminin tanınmış simaları mayın 19-da Bakıdakı yanğın zamanı zərərçəkən və hazırda xəstəxanada olan yaralılara baş çəkiblər. Xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, Murad Dadaşov, aparıcılar Kamilə Babayeva, Xədicə Sənanqızı və olimpiya çempionu Elnur Məmmədli daha sonra yanan binanın qarşısına yollanıblar.
Dünyasını dəyişənlərin xatirəsini yad edən tanınmışlar ora güllər qoyublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.